Dövlət qulluğu 12 İyun 2026

"DİM dövlət qulluğu üzrə növbəti imtahan elan etdi – 420 yer ayrılıb"

"DİM dövlət qulluğu üzrə növbəti imtahan elan etdi – 420 yer ayrılıb"

"DİM dövlət qulluğu üzrə növbəti imtahan elan etdi – 420 yer ayrılıb"

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 16 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qrupları, həmçinin dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qrupları üzrə test imtahanları keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 16 iyun saat 11:00-dan başlayacaq və 1 iyul saat 18:00-dək davam edəcək. Qeydiyyat DİM-in elektron xidmətlər portalı vasitəsilə aparılacaq.

Namizədlər əvvəlcə DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Şəxsi kabinet yaradılarkən istifadəçi üçün pul hesabı da açılır. İmtahanlarda iştirak üçün müəyyən edilmiş ödəniş tarifləri ilə DİM-in ödəniş portalında tanış olmaq mümkündür.

“Şəxsi kabinet”dəki hesaba vəsait müxtəlif ödəniş üsulları vasitəsilə köçürülə bilər. Hesaba tələb olunan məbləğ daxil edildikdən sonra namizədlər DİM-in internet portalında yerləşdirilən “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat və əlavə məlumat üçün: https://exidmet.dim.gov.az/dqq/ImtQeyd Şəxsi kabinet: https://ekabinet.dim.gov.az/ Ödənişlər barədə məlumat: https://epayment.dim.gov.az/