İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin təsnifat toplusuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində İnzibati və yardımçı vəzifələrin təsnifat toplusundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə tapşırılsın ki, bir ay müddətində:

Azərbaycan Respublikası Prezidentinin nomenklaturuna aid edilən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsin;

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin nomenklaturuna aid edilən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarına və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bir ay müddətində həmin orqanların aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsinlər.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bir ay müddətində həmin orqanların aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsinlər.

6. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusundan irəli gələn məsələləri həll etsinlər.

7. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinə, rayon (şəhər) məhkəmələrinə, hərbi məhkəmələrə və yerli iqtisad məhkəmələrinə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsinə, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinə təklif edilsin ki, İnzibati və yardımçı vəzifələrin təsnifat toplusundan irəli gələn məsələləri, o cümlədən həmin orqanların aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi məsələsini həll etsinlər.

8. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 avqust 2003-cü il

№ 911

 
 
Azərbaycan Respublikası Prezidentinin
4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
 

İnzibati və yardımçı vəzifələrin

 

TƏSNİFAT TOPLUSU

 

1. Ümumi müddəalar

 

1.1. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.11-ci maddəsinə uyğun olaraq dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin təsnifatları və adları, ixtisas dərəcələri haqqında məlumatlar daxildir.

1.2. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsasdır.

1.3. Ali kateqoriya dövlət orqanlarında inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçularının həmin dövlət orqanlarının fəaliyyətini, dövlət qulluğu vəzifəsinin adını, qulluq funksiyalarını və vəzifənin tutulması şərtlərini özündə əks etdirən vəzifə təlimatları həmin orqanların rəhbərləri tərəfindən təsdiq edilir.

1.4. 1 – 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ümumi şərtlərə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq edilir.

 

1.9. Dövlət orqanlarında aşağıdakı inzibati vəzifələr nəzərdə tutulur:

1.9.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;

1.9.2-1. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi;

1.9.3. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;

1.9.5. Azərbaycan Respublikası Prezidentinin köməkçisi;

1.9.5-1. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi;

1.9.6. Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi;

1.9.7. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi;

1.9.9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;

1.9.9-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi;

1.9.9-2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini;

1.9.9-3. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi;

1.9.9-4. Azərbaycan Respublikasının vitse-prezidentinin köməkçisi;

1.9.9-5. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi;

1.9.9-6. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;

1.9.9-7. Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi;

 

1.9.11. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini;

1.9.11-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini;

1.9.11-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

1.9.12. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi;

1.9.13. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri və onun birinci müavini;

1.9.14. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini;

1.9.14-1. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin birinci müavini və müavini;

1.9.14-2. Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini;

1.9.15. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi;

1.9.16. dövlət orqanı aparatının rəhbəri;

1.9.17. dövlət orqanı aparatının rəhbərinin müavini;

1.9.17-1. Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi;

1.9.18. dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

1.9.19. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatları rəhbərlərinin köməkçiləri;

1.9.20. Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi;

1.9.21. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin köməkçisi;

1.9.23. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) müşaviri və köməkçisi;

1.9.24. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi;

1.9.25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və onun müavini;

1.9.26. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

1.9.26-1. Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri;

1.9.27. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;

1.9.28. yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;

1.9.29. dövlət orqanı aparatında şöbə müdiri;

1.9.30. dövlət orqanı aparatında şöbə müdirinin müavini;

1.9.31. dövlət orqanında işlər müdiri;

1.9.32. dövlət orqanında işlər müdirinin müavini;

1.9.33. mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərləri;

1.9.34. mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;

1.9.34-1. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərləri və onların müavinləri;

1.9.34-2. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri;

1.9.35. sektor müdiri;

1.9.36. baş mühasib, baş məsləhətçi;

1.9.37. böyük məsləhətçi;

1.9.38. aparıcı məsləhətçi;

1.9.39. məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

1.9.39-1. Yerli icra hakimiyyəti başçısının yanında olan orqanların rəhbəri və onun müavini;

1.9.40. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi ;

1.9.41. yerli icra hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi .

1.10. Dövlət orqanlarında aşağıdakı yardımçı vəzifələr nəzərdə tutulur:

baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər).

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

 

2. İnzibati və yardımçı vəzifələrin təsnifatları və adları:

 

2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq inzibati vəzifələrin aşağıdakı təsnifatları və adları vardır:

2.1.1. inzibati vəzifələrin ali təsnifatı:

2.1.1.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;

2.1.1.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi;

2.1.1.3. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisləri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi;

2.1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri;

2.1.1.5. Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri;

2.1.1.6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi aparatlarının rəhbərləri;

2.1.2. inzibati vəzifələrin birinci təsnifatı:

2.1.2.1. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;

2.1.2.2. Azərbaycan Respublikası Prezidentinin köməkçisi;

2.1.2.3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri;

2.1.2.4. Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi;

2.1.2.6. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi;

2.1.2.7. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi;

2.1.2.8. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;

2.1.2.9. Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi;

2.1.2.10. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini;

2.1.2.11. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi;

2.1.2.12. Azərbaycan Respublikası vitse-prezidentinin köməkçisi;

2.1.2.13. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti və Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəislərinin birinci müavinləri və müavinləri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini;

2.1.2.14. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini;

2.1.2.16. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini;

2.1.2.17. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

2.1.2.18. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini;

2.1.2.19. Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi;

2.1.2.20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə müdiri;

2.1.2.21. Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri;

2.1.2.22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri;

2.1.2.23. Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin müavini;

2.1.2.24. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə müdiri;

2.1.2.25. Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri;

2.1.2.26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi aparatları rəhbərlərinin müavinləri;

2.1.2.27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında şöbə müdiri;

2.1.2.28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin işlər müdirləri;

2.1.2.29. Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının nazirlikləri, Azərbaycan Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) aparatlarının rəhbərləri;

2.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:

2.1.3.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin köməkçisi;

2.1.3.2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində şöbə müdirləri və onların müavinləri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində şöbə müdiri;

2.1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında şöbə müdirinin müavini;

2.1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidməti rəhbərinin müavini;

2.1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər müdirinin müavini;

2.1.3.6. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə müdirinin müavini;

2.1.3.7. Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdirinin müavini;

2.1.3.8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi aparatlarında şöbə müdirinin müavini;

2.1.3.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi işlər müdirlərinin müavinləri;

2.1.3.10. Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının nazirlikləri, Azərbaycan Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) aparatları rəhbərlərinin müavinləri və həmin orqanların aparatlarında şöbə müdirləri;

2.1.3.11. Azərbaycan Respublikası Baş nazirinin müşaviri, köməkçisi;

2.1.3.12. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müşaviri, köməkçisi;

2.1.3.13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrlərinin müşavirləri, köməkçiləri;

2.1.3.14. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının nazirlikləri istisna olmaqla, Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanlarının, Azərbaycan Respublikası Audiovizual Şurasının, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) aparatlarının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin rəhbərləri;

2.1.3.15. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi;

2.1.3.16. Azərbaycan Respublikasının nazirlikləri yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

2.1.3.17. Azərbaycan Respublikasının xarici ölkədə ticarət nümayəndəsi;

2.1.3.18. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və müavini;

2.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:

2.1.4.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.4.2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.4.3. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.4.4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikası Prezidenti İşlər müdirinin və Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin köməkçiləri;

2.1.4.5. Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.4.6. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatın rəhbəri, onun müavini, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsində və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.4.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.4.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdirinin köməkçisi;

2.1.4.9. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı rəhbərinin köməkçisi;

2.1.4.10. Azərbaycan Respublikası Baş naziri müavininin köməkçisi;

2.1.4.11. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.4.12. Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin köməkçisi;

2.1.4.13. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin köməkçisi;

2.1.4.14. Azərbaycan Respublikası Milli Məclisi İşlər müdirinin köməkçisi;

2.1.4.15. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində şöbə müdiri və şöbə müdirinin müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.4.16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

2.1.4.17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin köməkçisi;

2.1.4.18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri və şöbə müdirinin müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.4.19. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası nazirliklərinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) aparatlarında, Azərbaycan Respublikasının Baş Prokurorluğunda şöbə müdirinin müavini;

2.1.4.20. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının nazirlikləri istisna olmaqla, Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikası Audiovizual Şurası aparatlarının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin rəhbərlərinin müavinləri və həmin orqanların aparatlarında şöbə müdirləri;

2.1.4.21. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Azərbaycan Respublikası nazirlərinin müşavirləri, köməkçiləri;

2.1.4.22. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri;

2.1.4.22-1. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda şöbə müdirləri;

2.1.4.23. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) aparatları rəhbərlərinin müavinləri və onların aparatlarında şöbə müdirləri, Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda şöbə müdiri;

2.1.4.24. Azərbaycan Respublikasının nazirlikləri yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;

2.1.4.25. Azərbaycan Respublikasının nazirlikləri istisna olmaqla Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

2.1.4.26. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşavirləri, köməkçiləri;

2.1.4.27. Azərbaycan Respublikasının nazirlikləri yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri aparatlarının rəhbərləri və onların müavinləri;

2.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:

2.1.5.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası nazirliklərinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, Azərbaycan Respublikasının Baş Prokurorluğunda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.5.2. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin, Azərbaycan Respublikasının nazirlikləri istisna olmaqla, Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikası Audiovizual Şurasının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatlarında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyində şöbə müdirlərinin müavinləri;

2.1.5.4. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi rəhbərinin müavini;

2.1.5.5. Azərbaycan Respublikası nazirlikləri istisna olmaqla Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin müavinləri;

2.1.5.6. Azərbaycan Respublikasının nazirlikləri yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətlərinin aparatlarında şöbə müdirləri və onların müavinləri, həmin orqanların rəhbərlərinin müşavirləri və köməkçiləri;

2.1.5.7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında şöbə müdirlərinin müavinləri;

2.1.5.8. Azərbaycan Respublikası nazirlikləri istisna olmaqla Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların rəhbərlərinin müşavirləri, köməkçiləri;

2.1.5.9. Bakı Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi və müşaviri;

2.1.5.10. Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin köməkçisi;

2.1.5.11. Azərbaycan Respublikasının nazirlikləri yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin aparatlarında şöbə müdiri;

2.1.5.12. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzinin rəhbəri və onun müavini;

2.1.5.13. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının birinci müavini və müavini;

2.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:

2.1.6.1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

2.1.6.2. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası nazirlikləri istisna olmaqla Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikasının nazirlikləri yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Azərbaycan Respublikası Audiovizual Şurasının aparatlarında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyində, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.6.3. Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

2.1.6.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) köməkçiləri;

2.1.6.5. Azərbaycan Respublikası nazirlikləri yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri aparatlarında şöbə müdirinin müavini;

2.1.6.6. Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;

2.1.6.7. Azərbaycan Respublikasının nazirlikləri istisna olmaqla Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin aparatlarında şöbə müdiri və onun müavini, Bakı Şəhər Prokurorluğunda şöbə müdiri;

2.1.6.9. Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin köməkçiləri;

2.1.6.10. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri;

2.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:

2.1.7.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin (bu Təsnifat Toplusunun 2.1.6.2-ci abzası nəzərə alınmaqla), Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatlarında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.7.2. ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi, Bakı Şəhər Prokurorluğunda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.7.4. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavini;

2.1.7.5. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərlərinin müavinləri;

2.1.7.6. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinləri;

2.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:

2.1.8.1. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda, rayon (şəhər) prokurorluqlarında və hərbi prokurorluqlarında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin aparatlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlarda, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

2.1.8.2. rayon (şəhər) məhkəmələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

2.1.8.3. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının köməkçisi;

2.1.8.4. yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri, onların müavinləri və həmin orqanlarda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, baş məsləhətçi, məsləhətçi;

2.2. İnzibati vəzifələrin Təsnifat Toplusunun 2-ci hissəsində göstərilən dövlət orqanları rəhbərlərinin və onların müavinlərinin adları qanunvericiliklə müəyyən edilir.

2.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 10.6-cı və 11.2-ci maddələrinə, habelə bu Təsnifat Toplusunun 1.10-cu bəndinə uyğun olaraq yardımçı vəzifələrin aşağıdakı təsnifatları və adları vardır:

2.3.1. Yardımçı vəzifələrin birinci təsnifatı:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

2. Azərbaycan Respublikası Prezidentinin Katibliyində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

4. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

5. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.

2.3.2. Yardımçı vəzifələrin ikinci təsnifatı:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası nazirliklərinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) aparatlarında, Azərbaycan Respublikasının Baş Prokurorluğunda baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

2. Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat funksiyalarını həyata keçirən şöbəsində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis.

2.3.3. Yardımçı vəzifələrin üçüncü təsnifatı:

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyində, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində, Azərbaycan Respublikası nazirlikləri istisna olmaqla Azərbaycan Respublikasının digər mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Azərbaycan Respublikası Audiovizual Şurasının, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının nazirlikləri də daxil olmaqla) yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, , Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatlarında, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin aparatlarında, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda, Bakı Şəhər Prokurorluğunda baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

2.3.4. Yardımçı vəzifələrin dördüncü təsnifatı:

1. yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin aparatlarında, rayon (şəhər) prokurorluqlarında, hərbi prokurorluqlarında, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin aparatlarında, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlarda baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

2. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların yerli bölmələrində baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

3. yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis;

4. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində aparıcı mütəxəssis.

2.3-1. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun 2.1.3.14-cü, 2.1.4.20-ci, 2.1.5.2-ci, 2.1.5.8-ci, 2.1.6.2-ci abzaslarında və 2.3.3-cü yarımbəndində “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanlar” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi nəzərdə tutulur.

2.4. Dövlət orqanının rəhbəri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla, ştat cədvəlində həmin orqanın strukturunun profilini əks etdirən vəzifə adlarını nəzərdə tuta bilər.

2.5. İnzibati vəzifələrin Təsnifat Toplusunun 2-ci hissəsində nəzərdə tutulmayan vəzifələrin müvafiq təsnifatlara uyğunlaşdırılması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən həll edilir.

 

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

3. İnzibati və yardımçı vəzifələrin ixtisas dərəcələri

 

3.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir.

3.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:

3.2.1. Təsnifat Toplusunun 2.1.1-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin ali təsnifatı üzrə – həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri.

3.2.2. Təsnifat Toplusunun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatı üzrə – 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri.

3.2.3. Təsnifat Toplusunun 2.1.3-cü yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin ikinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri.

3.2.4. Təsnifat Toplusunun 2.1.4-cü yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri.

3.2.5. Təsnifat Toplusunun 2.1.5-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu.

3.2.6. Təsnifat Toplusunun 2.1.6-cı yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu.

3.2.7. Təsnifat Toplusunun 2.1.7-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu.

3.2.8. Təsnifat Toplusunun 2.1.8-ci yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin yeddinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.

3.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:

3.3.1. Təsnifat Toplusunun 2.3.1-ci yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin birinci təsnifatı üzrə – dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti və dövlət qulluğunun 1-ci dərəcə referenti.

3.3.2. Təsnifat Toplusunun 2.3.2-ci yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin ikinci təsnifatı üzrə – dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti və dövlət qulluğunun 2-ci dərəcə referenti.

3.3.3. Təsnifat Toplusunun 2.3.3-cü yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət qulluğunun 3-cü dərəcə referenti.

3.3.4. Təsnifat Toplusunun 2.3.4-cü yarımbəndində nəzərdə tutulan yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti.

 

4. İnzibati və yardımçı vəzifələrin tutulması üçün ixtisas tələbləri

 

4.1. İnzibati vəzifələrin tutulması üçün ixtisas tələbləri qanunvericilik, icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarının funksiyalarının təmin edilməsi və inzibati vəzifənin icra olunması üçün inzibati vəzifəni tutmaq iddiasında olan şəxsə münasibətdə zəruri təhsilin və hazırlığın olmasını əks etdirir, habelə həmin şəxsin səriştəsinin müəyyən edilmiş funksiyalara uyğunluğunu təmin edir.

4.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq (profilli) ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. İnzibati vəzifə iddiasında olan şəxs Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu, müvafiq inzibati vəzifələr sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktları bilməli və eləcə də öz funksional vəzifələrinin icrası ilə əlaqədar olaraq öz ixtisasına müvafiq digər zəruri biliklərə malik olmalıdır.

4.3. Yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır. Yardımçı vəzifə iddiasında olan şəxs müvafiq yardımçı vəzifələr sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktları bilməli və eləcə də öz funksional vəzifələrinin icrası ilə əlaqədar olaraq öz ixtisasına müvafiq digər zəruri biliklərə malik olmalıdır.

4.4. İnzibati və yardımçı vəzifələr sahəsində əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilir.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.